Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yalçın Rəfiyev: “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” COP29-un əsas miraslarından birinin davamıdır

07.09.2026 [13:17]

Xəbərin mətni

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” bu il BMT-nin İqlim Həftəsi ilə paralel keçirilir. Bu, Bakıda keçirilən COP29-un əsas miraslarından biri olan qlobal iqlim gündəliyinin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu barədə jurnalistlərə açıqlaması zamanı Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.