COP30-un icraçı direktoru : İqlim dəyişikliyi ilə mübarizə üçün çoxtərəfliliyi gücləndirməliyik
07.09.2026 [14:47]
Xəbərin mətni
Nepal və Çində baş verənlərə bənzər dağıdıcı iqlim fəlakətləri televiziya ekranlarında, küçələrdə getdikcə daha çox görünür. Bunun qarşısını almaq üçün çoxtərəfliliyi gücləndirməli, insanları - yerli xalqları, qadınları, özəl sektoru, submillət hökumətlərini, parlamentariləri maarifləndirməliyik. Çünki iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün hökumətlərin öz cəmiyyətlərinə söykənməli olduqları məlumdur. Bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın (BCAW2026) açılış mərasimində COP30-un icraçı direktoru Ana Toni deyib.