Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aysel Ramazanova: Əgər uşaq oyun oynamağı sevirsə, niyə o, sadə oyunlar yaratmasın?

07.09.2026 [15:30]

Xəbərin mətni

Müasir dövrdə şagirdlərə yalnız texnoloji alətlərdən istifadəni deyil, ilk növbədə, öyrənməyi öyrətmək vacibdir. Bu fikri161 nömrəli məktəbin informatika və rəqəmsal bacarıqlar müəllimi Aysel Ramazanova söyləyib. O, uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, texnologiyadan düzgün istifadə, internet təhlükəsizliyi və süni intellektin təhsildə rolu ilə bağlı fikirlərini bölüşüb.