Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mələk Səmədli: Azərbaycan dilini həyatla əlaqələndirərək tədris etməyə çalışıram

07.09.2026 [16:46]

Xəbərin mətni

Texnologiyanın inkişafı şagirdlər üçün dərsi və məlumat əldə etmə prosesini daha maraqlı edir. Çünki onlar məlumatı sadəcə kitabdan deyil, eyni zamanda, vizual şəkildə, müəllimin yönləndirməsi ilə, həm də özləri araşdıraraq müxtəlif vasitələrdən əldə edirlər. Məsələn, yutub, süni intellekt, müxtəlif axtarış saytları və digər resurslardan istifadə edirlər. Bu da dərsin onlar üçün daha yaddaqalan olmasına kömək edir. Bu fikirləri 161 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi Mələk Səmədli söyləyib.