SOCAR-ın vitse-prezidenti: Metan emissiyalarını azaltmaq daha asandır
07.09.2026 [19:42]
Xəbərin mətni
Metan emissiyalarının aşkarlanması və azaldılması CO₂ emissiyalarının tutulması və digər dekarbonizasiya tədbirləri ilə müqayisədə daha asandır. Bunun üçün maliyyələşmə əldə etmək də daha asandır. Çünki söhbət faktiki olaraq təbii qazdan gedir, onu yenidən sistemə qaytarmaq və hətta satmaq mümkündür. Bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW2026) çərçivəsində keçirilən “Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə” mövzusunda tədbirdə çıxışı zamanı deyib.