Menecer: İnkişaf etməkdə olan iqtisadiyyatlarda bərpaolunan enerji layihələrinə qoyulan investisiyalar artmalıdır
07.09.2026 [19:56]
Xəbərin mətni
Ötən il qlobal enerji investisiyaları rekord göstəriciyə - 3,3 trilyon dollara çatıb və bunun 2,2 trilyon dolları təmiz enerji layihələrinə yönəldilib. Lakin beynəlxalq kapitalın cəlb olunması nöqteyi-nəzərindən ciddi disbalans mövcuddur. Belə ki, inkişaf etməkdə olan ölkələrin payına bu investisiyaların cəmi 15 faizi düşür. Bunu Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində “Sərhədlərarası Bərpaolunan Enerji Sertifikatları sistemi regional inteqrasiya üçün” mövzusunda keçirilən panel sessiya zamanı "Deloitte & Touche" MMC-nin iqlim dəyişikliyi və dayanıqlılıq üzrə meneceri Cavahir Cəfərli söyləyib.