Rəna Hümbətova: Bərpaolunan enerji üzrə milli reyestrin hazırlanması istiqamətində işlər aparılır
07.09.2026 [20:04]
Xəbərin mətni
Bərpaolunan enerji üzrə xüsusi sertifikatlaşdırma sxeminin qurulması ilə bağlı qaydalar artıq Nazirlər Kabineti tərəfindən təsdiqlənib və hazırda milli reyestrin hazırlanması istiqamətində işlər aparılır. Bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”çərçivəsində “Sərhədlərarası Bərpaolunan Enerji Sertifikatları sistemi regional inteqrasiya üçün” mövzusunda panel sessiyası zamanı Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova söyləyib.