İsmail Serageldin: Xəzərdə dayanıqlılığın artırılması üçün suyun istifadəsinə kompleks yanaşma lazımdır
08.09.2026 [11:45]
Xəbərin mətni
Xəzər dənizində su səviyyəsinin dəyişməsi fonunda dayanıqlılığın artırılması üçün su ehtiyatlarının haradan və necə götürüldüyü, xüsusilə kənd təsərrüfatında sudan səmərəli istifadə məsələləri diqqətdə saxlanılmalıdır. Bu fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin “Bakı İqlim Fəaliyyəti Həftəsi” (BCAW 2026) çərçivəsində Xəzər dənizində iqlim dəyişikliklərinin yaratdığı çağırışlara həsr olunmuş panel sessiyada çıxışı zamanı deyib.