İsmail Serageldin: Xəzər hövzəsini bölüşən 5 ölkənin əməkdaşlığı zəruridir
08.09.2026 [11:51]
Xəbərin mətni
Hazırda iqlim dəyişmələrinin sürətlənməsi ilə yanaşı, qeyri-müəyyənliyin də artması müşahidə olunur. İqlim dəyişmələri təbiət hadisələrinin həm intensivliyini, həm də tezliyini artırır. Nəticədə yağıntısız dövrlər, həddindən artıq yağıntılar və daşqınlar artır, su ehtiyatlarının əlçatanlığı isə azalır. Bu fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin deyib.