Sabiq baş nazir: Dövlət qurumları geridə qalan sahələrdə yeni imkanların reallaşdırılmasına diqqət yetirməlidir
08.09.2026 [15:34]
Xəbərin mətni
Enerji, mobillik, resursların və dəyər zəncirlərinin idarə olunması sahələrində tələb və təklifi daha yaxşı əlaqələndirmək baxımından son 10-15 il ərzində özəl və dövlət sektorunun qəbul etdiyi qərarların artıq çoxsaylı nəticələrini görürük. Yeni xidmətlərin inkişafında sürətlənmə müşahidə olunur. Düşünürəm ki, onların geniş ictimaiyyət tərəfindən mənimsənilməsi də sürətlənir. Bunu Belçikanın sabiq baş naziri Yves Leterme “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən "COP29-dan İqlim Həftəsinə: Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu" adlı sessiyada çıxış edərkən deyib.