Komitə sədri: Hibrid yaşıl dəhlizlər vasitəsilə bir-biri ilə əlaqəli sistemlər yaratmağı hədəfləyirik
08.09.2026 [18:15]
Xəbərin mətni
Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan üçün, xüsusilə əlamətdardır. Bu, dayanıqlı və yaxşı planlaşdırılmış şəhər və ərazi inkişafının dözümlü icmalar və daha yaxşı həyat keyfiyyəti üçün təməl olduğuna dair anlayışımızı əks etdirir. Bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “İqlim fəaliyyətinin şəhər ölçüsünün inkişaf etdirilməsi: WUF13-dən COP31-ə doğru” mövzulu panel sessiyada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.