Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aktotı Raimkulova: Dayanıqlı Moda Nümayişi sivilizasiyamızın ekoloji məsuliyyətini nümayiş etdirmək üçün düzgün formatdır

09.09.2026 [12:23]

Xəbərin mətni

Bu günlərdə Bakıda ekoloji problemlərdən və ətraf mühit məsələlərindən bəhs edən, ekoloji problemləri diqqət mərkəzində saxlayan müxtəlif müzakirə, iclas və digər formatlarda tədbirlərin təşkil olunduğu Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir. Bunun çərçivəsində təqdim olunan Dayanıqlı Moda Nümayişi də (“Sustainable Fashion Show”) həmin tədbirin bir hissəsidir. Düşünürəm ki, bu sivilizasiyamızın ekoloji məsuliyyətini nümayiş etdirmək üçün çox düzgün formatdır. Bunu AZƏRTAC-a açıqlamasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova deyib.