Nazir: Azərbaycan beynəlxalq səviyyədə iqlim diplomatiyasının inkişafına fəal töhfə vermək öhdəliyinə sadiqdir
09.09.2026 [12:41]
Xəbərin mətni
Biz ənənəvi enerji istehsalçılarının yaşıl və dayanıqlı gələcəyin öncüllərinə çevrilə biləcəyini nümayiş etdirmək əzmindəyik. Bütün bunlar Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışına əsaslanır. Bunu Xarici işlər naziri Ceyhun Bayramov Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində çıxış edərkən deyib.