Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq
09.09.2026 [13:49]
Xəbərin mətni
Bu, həqiqətən də çox mühüm bir həftədir. Sıradan bir həftə deyil. Biz icra və fəaliyyət onilliyinə qədəm qoymuşuq. Bakıda keçirilən BMT-nin İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım da irəli aparacaq. Çünki biz regiondan və bu ölkədən çoxlu sayda sahibkarı və təşəbbüskarı bir araya gətirərək iqlim fəaliyyətinin əhəmiyyətini ön plana çəkirik. Bunu sentyabrın 9-da Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində çıxışı zamanı COP30-un icraçı direktoru Ana Toni deyib.