COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq
09.09.2026 [14:02]
Xəbərin mətni
Böhran sərhədləri aşırsa, bizim də sərhədləri aşan iradə nümayiş etdirməyimiz lazımdır. İqlim ədaləti bizim yol göstəricimiz olaraq qalacaq və COP31 masasında həssas coğrafiyaların səsi olacağıq. Bunu sentyabrın 9-da Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini, COP31-in icraçı direktoru Fatma Varank deyib.