Nigar Arpadarai: Ekoloji problemlər regional həmrəylik tələb edir
10.09.2026 [16:14]
Xəbərin mətni
Əsrlər boyu türk xalqları bir-biri ilə və təbiətlə sıx bağlı şəraitdə yaşayıb. Ənənələr bizə xatırladır ki, təbiət sadəcə istifadə olunası resurs deyil, o, irsimizin bir hissəsidir. Bu gün bu ortaq irs bizə türk dövlətləri arasında əməkdaşlığı gücləndirmək üçün mühüm imkan yaradır. Bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” mövzusunda dəyirmi masada COP29-un yüksəksəviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai deyib.