Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fariz İsmayılzadə: Ekoloji problemlərə qarşı birgə səylərimizi genişləndirməliyik

10.09.2026 [16:48]

Xəbərin mətni

Türk dövlətləri arasında siyasi, iqtisadi, sosial və humanitar sahələrdə böyük inteqrasiya, dialoq və əməkdaşlıq mövcuddur. Lakin biz ekoloji problemlər, texnoloji çətinliklər, həmçinin mədəniyyət abidələrinin dağıdılmasına qarşı birgə səylərimizi genişləndirməliyik. Bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” mövzusunda dəyirmi masada Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.