Hicran Hüseynova: "Türk Yaşıl Baxışı" kimi strateji sənədlər iqlim dəyişikliyinin təsirlərinin azaldılmasını prioritetə çevirir
10.09.2026 [17:10]
Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində UNESCO-nun irs siyahısına daxil edilmiş ümumi təbii abidələrin və mədəni irs nümunələrinin qorunması istiqamətində mühüm addımlar atılır. Ekoturizm və irs marşrutları, İpək Yolu və ya Dədə Qorqud yolu kimi sərhədlərarası turizm layihələri bu bölgələrdə mədəni irsin təşviqi, endemik flora və faunanın qorunması üçün iqtisadi stimullar yaradır. Bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” mövzusunda dəyirmi masada Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova deyib.