Səbinə Hacıyeva: Zəngin tariximiz işğal dövründə böyük zərər görüb
10.09.2026 [17:14]
Əsrlərlə ölçülən zəngin tariximiz işğal dövründə böyük zərər görüb və bu, böyük faciədir. Tarix boyu mədəni irs münaqişələrin və fəlakətlərin ilk qurbanlarından biri olub. Münaqişələr abidələrin dağıdılması, qarət edilməsi və qanunsuz aparılmasından əlavə, həm də ənənələri pozur, icmaları zəiflədir, insanları öz tarixinə və bir-birinə bağlayan mədəni kimliyi və yaddaşı təhlükə altına alır. Bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” mövzusunda dəyirmi masada Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Səbinə Hacıyeva söyləyib.