Nigar Arpadarai: Gənclərin iqlim fəaliyyətində rolu mütləqdir
11.09.2026 [15:17]
Xəbərin mətni
Bakı İqlim Fəaliyyəti Həftəsini bundan sonra da keçirilmək, bütün cəmiyyəti bir araya gətirmək və iqlim məsələlərinin müzakirəsini genişləndirmək qarşıya qoyulan əsas məqsədlərdəndir. Bu prosesi gənclərsiz təsəvvür etmək mümkün deyil. Bunu COP29-un yüksəksəviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai Bakıda "EkoSfera" Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "II LCOY Azərbaycan 2026 - II İqlim Dəyişikliyi üzrə Gənclərin Lokal Konfransı"nda çıxışı zamanı deyib.