Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin köməkçisi: Meksikanın Milli Müstəqillik Gününün Şuşada qeyd olunması yeni ənənənin əsasını qoyur

11.09.2026 [21:04]

Xəbərin mətni

Meksikanın Milli Müstəqillik Gününün ikinci dəfə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd olunması Azərbaycan-Meksika münasibətlərində yeni ənənənin əsasını qoyur. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Meksikanın Milli Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib.