Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Meksikanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

11.09.2026 [21:09]

Xəbərin mətni

İşğal dövründə Meksikanın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində nümayiş etdirdiyi prinsipial mövqe xüsusi əhəmiyyət daşıyır. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Meksikanın Milli Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib.