Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Azərbaycan-Meksika iqtisadi əlaqələrinin inkişafı üçün böyük imkanlar var

11.09.2026 [21:14]

Xəbərin mətni

Azərbaycan ilə Meksika arasında iqtisadi-ticari, mədəni-humanitar və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Meksikanın Milli Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib.