Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı
12.09.2026 [19:07]
Xəbərin mətni
“Qarabağda yəqin ki, artıq səkkizinci dəfədir oluram, Xankəndiyə isə ilk dəfə gəlmişəm. Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı”, - deyə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib. O, Xankəndidə Zəfər Parkında yerləşən abidənin və Zəfər tağının rəmzi əhəmiyyətini qeyd edib.