Azərbaycan Dövlət İnformasiya Agentliyi

TDT-nin Baş katibi: Təşkilatımız türk xalqları arasında həmrəyliyi möhkəmləndirməyi qarşıya məqsəd qoyur

14.09.2026 [10:52]

Xəbərin mətni

Türk Dövlətləri Təşkilatı türk xalqları arasında birliyi, həmrəyliyi və əməkdaşlığı gücləndirməyi, həmçinin ortaq tariximiz və dəyərlərimiz əsasında ümumi gələcək qurmağı qarşıya məqsəd qoyur. Bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşündə çıxışı zamanı söyləyib.