Burhanəddin Duran: Türk dünyasının ortaq ağıl və güclü həmrəyliklə hərəkət etməsi zamanın tələbidir
15.09.2026 [12:00]
Xəbərin mətni
Beynəlxalq sistem gedərək dərinləşən böhranlar, artan geopolitik rəqabət, tədarük zəncirləri, enerji və ərzaq təhlükəsizliyi problemləri, iqlim dəyişikliyi, qeyri-müəyyənliklər, kibertəhdidlər və dezinformasiya kimi çoxşaxəli sınaqlarla üz-üzədir. Belə bir dövrdə Türk dünyasının ortaq ağıl və güclü həmrəyliklə hərəkət etməsi daşıdığımız məsuliyyətin və zamanın tələbidir. Bu sözləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda keçirilən panel iclasa ünvanladığı videomüraciətdə bildirib.