AK Parti sədrinin müavini: Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının qardaşlığını daha da inkişaf etdirəcəyik
16.09.2026 [16:23]
Xəbərin mətni
Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında artıq əməkdaşlıq haqqında saziş mövcuddur. Biz hər il Şuşada keçirilən mühüm toplantıda ən yüksək səviyyədə təmsil olunuruq. Lakin hesab edirik ki, hazırda partiyalarımız arasındakı münasibətləri daha da inkişaf etdirməliyik. Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu söyləyib.