Azərbaycan Dövlət İnformasiya Agentliyi

Görmə məhdudiyyətli gənclər Milli Musiqi Günü ilə əlaqədar fləşmob keçiriblər

18.09.2026 [12:06]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri 18 Sentyabr – Milli Musiqi Günü ilə əlaqədar Bakı Dəmiryol Vağzalında fləşmob keçiriblər. Görmə məhdudiyyətli gənclər dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasından musiqi parçası təqdim ediblər. İfaçılar – Prezident mükafatçısı Səməd Novruzov və Xaliq Şərifovu kamançada Prezident mükafatçısı Fatimə İsrafilova, tarda Fərid Abdullayev, nağarada Xətai Azayev müşayiət edib.