Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları”

18.09.2026 [23:42]

Xəbərin mətni

Şamaxıda yeni istifadəyə verilən “Nəsimi Bağları” kompleksi sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirmələri, eləcə də regionda turizmin inkişafına töhfə vermək məqsədilə yaradılmış növbəti möhtəşəm məkandır. Ümumi 120 hektar ərazini əhatə edən kompleks bölgənin təbii xüsusiyyətlərini qorumaq, ailəvi istirahəti rahat mühitdə təşkil etmək prinsipləri əsasında qurulub.