Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlal Qasımov: “AZEMBA” proqramı Madriddən Bakıya bilik və beynəlxalq təcrübə gətirəcək

21.09.2026 [13:24]

Xəbərin mətni

Biznesdə və dövlət siyasətində texnologiya və kapital haqqında çox danışırıq və şübhəsiz ki, bunların hamısı vacibdir. Lakin onların heç biri təkbaşına dəyər yaratmır. Dəyəri insanlar yaratmalıdır - düzgün biznes qərarları qəbul edən, çətinlikləri dəf edən və bu qərarları icra edən şirkətləri və ya təşkilatları quran insanlar. Məhz buna görə rəhbər şəxslərin təhsili xüsusilə Azərbaycanın inkişafının növbəti mərhələsinə qədəm qoyduğu bir dövrdə çox vacibdir. Bu sözləri "PAŞA Holdinq"in baş icraçı direktoru Cəlal Qasımov "Liderlik və innovasiya üzrə IE Mərkəzinin - "AZEMBA" proqramının açılışında deyib.