Rizvan Hüseynov: Alban irsi müxtəlif tarixi dövrlərdə dağıntılara məruz qalıb
21.09.2026 [13:56]
Xəbərin mətni
Ümumiyyətlə, Qarabağda prinsipial əhəmiyyət daşıyan və yalnız Qarabağ, yaxud Qafqaz xristianlığı üçün deyil, bütövlükdə xristian dünyası üçün əhəmiyyətli olan üç kilsə var. Bunlardan biri Gəncəsər, digəri Xudavəng, üçüncüsü isə Amaras, yəni Ağoğlan kilsəsidir. AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə Qafqaz Tarixi Mərkəzinin direktoru, hərbi ekspert Rizvan Hüseynov deyib.