Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda bu il 613 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib

22.09.2026 [15:07]

Xəbərin mətni

Naxçıvan Əlilliyi olan Şəxslərin Bərpa Mərkəzində fizioterapiya, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi və digər istiqamətlərdə müxtəlif xidmətlər təşkil olunur. Cari ilin 8 ayı ərzində 613 nəfər əlilliyi olan şəxs mərkəzin reabilitasiya xidmətlərindən yararlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı həyata keçirdiyi sosial dəstək paketinin bir istiqaməti olaraq, postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan 104 şəxsə reabilitasiya xidmətləri göstərilib. Bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Əlilliyi olan Şəxslərin Bərpa Mərkəzinin direktoru Zahir Vəliyev deyib.