Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir
23.09.2026 [14:52]
Xəbərin mətni
Azərbaycanın cari ildə tranzit yükdaşımalarının həcminin 16 milyon tonu keçməsi və Çindən qəbul edilən blok qatarlarının sayının 600-ə çatması gözlənilir. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Fariz Əliyev Pekində “Qlobal Dayanıqlı Nəqliyyat Forumu – 2026” çərçivəsində keçirilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Yüksəksəviyyəli Görüşdə təqdimat zaman deyib.