Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib

24.09.2026 [11:50]

Xəbərin mətni

Toxumçuluq, sertifikatlaşdırma və laboratoriya xidmətlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi xüsusi diqqətdə saxlanılır. BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə icra edilən layihə çərçivəsində “Aprobasiya” tətbiqi yaradılıb, toxum sertifikatlaşdırılması və sahə nəzarəti prosesləri tam rəqəmsallaşdırılıb. Respublika üzrə toxumluq əkin sahələrində ümumi 48 mindən çox hektar ərazidə aprobasiya prosesi təşkil edilib, 5 mindən çox parsel üzrə yoxlamalar həyata keçirilib. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat” adlı konfransda çıxışı zamanı deyib.