Özbək nazir: Ölkəmiz Orta Dəhliz üzrə yeni imkanlara sərmayə yatırmağa hazırdır
25.09.2026 [13:55]
Xəbərin mətni
Özbəkistan Orta Dəhliz üzrə daşımaların həcminin artırılması və Xəzər dənizində yeni yükdaşıma imkanlarının yaradılması istiqamətində Azərbaycanla əməkdaşlığı genişləndirir. Bu sözləri Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda yüksəksəviyyəli panel müzakirəsində deyib.