Aleem Khan: Pakistan qlobal ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir
25.09.2026 [14:05]
Xəbərin mətni
Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər və mövcud çağırışlar ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Bu baxımdan dövlət maliyyələşdirilməsi, sosial-iqtisadi prioritetlərin müəyyənləşdirilməsi və dayanıqlı inkişafın təmin olunması Pakistan üçün mühüm əhəmiyyət daşıyır. Bu sözləri Pakistanın Federal Rabitə naziri Aleem Khan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda paneldə çıxışı zamanı bildirib.