Damirbek Bikulov: Qırğızıstan və Azərbaycan beynəlxalq investorları birlikdə cəlb edə bilər
25.09.2026 [19:23]
Xəbərin mətni
Qırğızıstan və Azərbaycan birgə investisiya layihələri və üçüncü ölkələrdən investorların cəlb edilməsi üçün əhəmiyyətli potensiala malikdir. Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edən Qırğız Respublikası Prezidenti yanında Milli İnvestisiya Agentliyinin rəis müavini Damirbek Bikulov bildirib.