Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq
01.10.2026 [11:36]
Xəbərin mətni
İqtisadi və maliyyə cəbhəsində biz Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə bir neçə ortaölçülü bazarı vahid investisiya portfelində birləşdirən birgə investisiya fondları təsis etmişik. Bu fondların hər birində Azərbaycanın payı ən azı 50 faiz təşkil edir. Bu yolla Azərbaycan və Mərkəzi Asiya bir tərəfdən Türkiyə və daha sonra Avropaya, digər tərəfdən isə Asiyaya bağlanan vahid iqtisadi məkan formalaşdırır. AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov CAMCA Regional Forumunda çıxışı zamanı deyib.