Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir
01.10.2026 [15:28]
Xəbərin mətni
Bu Forumun mövzusu olduqca vacibdir. Çünki dünyamız artan qütbləşmə ilə üzləşir. Ona görə də media ictimaiyyəti qarşısında dayanan başlıca vəzifə etibarı yaradan, cəmiyyəti birləşdirən, mədəniyyətlərarası dialoqa rəvac verən bir vasitə kimi çıxış etməkdir. AZƏRTAC xəbər verir ki, bunu Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Salkın Sarnogoyeva oktyabrın 1-də Bakıda keçirilən AQEM Media Forumu çərçivəsində təşkil edilən “Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” mövzusunda panel iclasında deyib.