Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

01.10.2026 [15:40]

Xəbərin mətni

Qütbləşmənin dərinləşdiyi müasir dünyada media cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsində mühüm rol oynayır. Media artıq yalnız informasiya mənbəyi deyil, həm də ictimai rəyin formalaşmasına, müxtəlif icmaların bir-birini anlamasına və cəmiyyətlər arasında əlaqələrin güclənməsinə təsir göstərən əsas vasitələrdən biridir. Bu təsir jurnalistikanın üzərinə böyük məsuliyyət qoyur. AZƏRTAC xəbər verir ki, bu fikirləri Pakistan İslam Respublikasının Federal Təhsil və Peşə Hazırlığı üzrə dövlət naziri Vaciha Qamar “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun “Sosial həmrəyliyin və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” adlı ikinci panel sessiyasında çıxışı zamanı bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI