Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

01.10.2026 [15:49]

Xəbərin mətni

Rəqəmsallaşma qadınların təhsil, məşğulluq, sahibkarlıq və ictimai iştirak imkanlarını genişləndirməklə yanaşı, onların rəqəmsal təhlükəsizliyinin təmin olunmasını da zəruri edir. Qadınların texnologiyalardan istifadə edən tərəf kimi deyil, həm də rəqəmsal iqtisadiyyatın, innovasiyaların və informasiya mühitinin fəal iştirakçıları kimi təmsil olunması inklüziv və məsuliyyətli rəqəmsal mühitin formalaşdırılmasının əsas şərtlərindəndir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunun birinci panel iclasında bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI