Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

01.10.2026 [16:08]

Xəbərin mətni

Qarşılaşdığımız bir çox qlobal çağırışların yaratdığı çətinliklər və qeyri-müəyyənlik mühiti beynəlxalq münasibətlərdə çoxtərəfliliyə olan inamın zəifləməsinə gətirib çıxarır. Məhz bu səbəbdən AQEM kimi çoxtərəfli təşkilatların əhəmiyyəti daha da artır. Çünki müasir dövrün qarşısında duran məsələlərin heç biri, demək olar ki, yalnız birtərəfli iradə ilə həll edilə bilməz. AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Radio və Televiziya Üst Şurasının (RTÜK) sədri Mehmet Daniş oktyabrın 1-də Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu çərçivəsində təşkil olunan birinci panel iclasda deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI