Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır
01.10.2026 [16:18]
Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır. Sosial həmrəylik və dialoq hər kəsin eyni fikirdə olmasını tələb etmir. Əsas məsələ müxtəlif baxışları yoxlanılmış məlumat və qarşılıqlı hörmət əsasında dəyərləndirmək bacarığıdır. Xüsusilə emosiyaların yüksək olduğu məqamlarda məsuliyyətli və hörmətli kommunikasiya mühüm əhəmiyyət daşıyır. Media belə məqamlarda ortaq məxrəc tapmağa çalışmalıdır. AZƏRTAC xəbər verir ki, bunu Kamboca İnformasiya Nazirliyinin dövlət katibinin müavini Prak Taveak Amida oktyabrın 1-də Bakıda keçirilən AQEM Media Forumu çərçivəsində təşkil edilən “Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” mövzusunda panel iclasında deyib.