Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ
02.10.2026 [13:11]
Xəbərin mətni
Casusluq tarix boyu müharibələrin və dövlətlərarası qarşıdurmaların görünməyən cəbhəsi olub. Vaşinqtondakı Beynəlxalq Casus Muzeyində isə casusluqda istifadə olunan ən qeyri-adi vasitələr bir araya gətirilib. Burada İkinci Dünya müharibəsindən Soyuq müharibəyə, ABŞ–Sovet qarşıdurmasından müasir terror təhlükəsinə qədər müxtəlif dövrlərə aid casusluq əməliyyatlarının izlərini görmək mümkündür.