Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil
03.10.2026 [22:50]
Xəbərin mətni
Mənə elə gəlir ki, sadəcə hazırlıq dövründə bir az səhvlər oldu. Amma bildiyiniz kimi, yarış üç mərhələdən ibarətdir və indi əsas xalları toplamaq lazımdır. Xallar məsafələri üzdükcə toplanır və üçüncü mərhələnin sonunda hansı idmançının hansı yerə layiq görüldüyü müəyyənləşərək medallar hesablanır. Bu sözləri Azərbaycan üzgüçüsü Fatimə Alkərəmova Bakıda keçirilən Dünya Kuboku ilə bağlı danışarkən söyləyib.