Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm
04.10.2026 [20:27]
Xəbərin mətni
Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur. 60 kiloqramda Azərbaycandan heç kim dünya çempionu olmamışdı. Çox xoşbəxtəm ki, birinci mən oldum. AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Əhməd Yusifov deyib.