Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iqlim və enerji təhlükəsizliyi mövzusunda panel-müzakirədə iştirak edib
13.02.2016 [23:35]
Xəbərin mətni
Xüsusi müxbirimiz xəbər verir ki, fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə iştirak edib.
Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak ediblər.