Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır
09.10.2026 [15:58]
Xəbərin mətni
“Sabah” futbol klubu UEFA Çempionlar Liqasında ilk ev oyununu oktyabrın 13-də Çexiyanın “Slaviya Praqa” komandasına qarşı keçirəcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq. Çexiya klubundan sonra isə Bakıya “Borussiya Dortmund”, “Barselona” və “Napoli” kimi Avropa nəhəngləri səfər edəcəklər. Arenanın ot örtüyü təxminən 3 həftə ərzində tamamilə yenilənərək qarşıdakı oyunlar üçün hazır vəziyyətə gətirilib.