Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir

11.10.2026 [16:08]

Xəbərin mətni

Əslində idmanı buraxmışdım. 60 yaşımda qərar verdim ki, yenidən idmana qayıdım. Əvvəlcə yüngül gəzintilərlə, sonra qaçmağa başladım. Daha sonra marafonlarda, ardınca isə ultramarafonlarda iştirak etdim. Bu sözləri AZƏRTAC-a açıqlamasında Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunda iştirak edən azərbaycanlı atlet Hüseynağa Səfərov deyib.