Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir
12.10.2026 [11:31]
Xəbərin mətni
Vahid məktəbli forması yalnız nizam-intizam yaratmaq məqsədi daşımır. Onun psixoloji, sosial və digər tərəfləri də var. Xüsusi olaraq müəyyən edilmiş forma şagirdlərdə özünəinamı formalaşdırır, davranışa təsir edir, akademik göstəricilərin yüksəlməsinə dəstək olur. Bu barədə AZƏRTAC-a açıqlamasında Bakı şəhəri 83 nömrəli məktəb-liseyin psixoloqu Aynur Məmmədova bildirib.